Kompüter ağrıları azaldır?
Virtual oyunlara aludə olub bütün diqqəti kompyuterə yönəltmək xüsusilə də uşaqlarda ağrı hissini öldürür.Ardı çox maraqlı!
Artıq virtual oyunlar o qədər maraqlı olmağa başlayıb ki,insan gözləmədiyi halda heç özü də hiss etmədən onlara aludə olur. Bu isə insan sağlamlığına müəyyən qədər mənfi təsir göstərir. Kompyuter qarşısında saatlarla eyni vəziyyətdə oturma, ətraf aləmdən ayrılma, gözlərin davamlı olaraq eyni nöqtəyə baxması bəzi xəstəliklərin yaranmasına, və ya onların inkişafını sürətləndirməyə qadirdi.
Lakin Avstraliyanın Adelide şəhərində keçirilmiş təcrübədə məlum olub ki ,kompyuter oyunlarına aludəçilik insanlarda ağrı hissini azaldır. Xüsusilə uşaqlarda ağrılar zamanı kompyuter oyunu ağrıkəsici effekt verə bilər. Təcrübə çərçivəsində 5-18 yaşlı uşaqlardan yaraların sarınması zamanı kompyuter oynamaq xahiş olunub. Uşaqlarda ancaq ağrıkəsici istifadə etdikləri zaman hiss olunan ağrını 10 bal çərçivəsində 4.1, kompyuter oynadıqları vaxt isə sadəcə 1.3 olub. Təcrübənin nəticəsi isə deməyə əsas verir ki ,bütün diqqəti oyuna verən uşaqlar ağrıya qarşı sadəcə diqqət etmirlər. Təcrübə komandası onu da sübut edib fərqli yaş qrupları üçün fərqli oyunlar eyni təsiri yaratmağa qadirdi.


