Nokiadan Ramazana xüsusi xidmətlər

Budur Nokianın təqdim etdiyi Ramazan xidməti
Nokia Şirkəti, Ramazan üçün xüsusi dizayn edilmiş ödənişsiz telefon proqramları və xidmətlərini Müsəlman müştəriləri üçün istifadəyə hazır hala gətirdiyini açıqladı.
Nokianın hazırladığı proqramlar, GSM şirkətləriylə uyğun olan Ərəb ölkələrindəki telefonlara internet üzərindən yüklənə biləcək.
Bu proqramlar sayəsində istifadəçi, daha çox Ramazan ayının təsirində olacaq. Şirkət, GSM nəşrlərinə uyğun Ramazan 2008 paketini, Səudiyyə Ərəbistanıda və bölgədə nə vaxt paylanacağını yaxında elan edəcək.
PROQRAMLARIN İÇƏRİSİNDƏ NƏLƏR VAR?
Təqdim edilən proqramlarda Quran-i Kərimin bütününü oxuma və dinləmənin yanında təqdim edilən proqram paketində imsak proqramı, Ramazan ayının fəziləti haqqında hədisi-şəriflərin və ayətlərin tapıldığı ‘Ramazaniyyat', namaz vaxtlarının səsli və vizual olaraq xatırladılması, həccə və ümrəyə xüsusi proqramlar və bayram təbrikləri var.
ƏL-ƏZHƏR-dən TƏSDİQLİ
Proqramların inkişaf etdirilməsini Escatek adlı firma əsaslanarkən, proqramlar ayrıca Əl-Əzhər tərəfindən də təsdiqlənmişdir. Ərəb, İngilis və Fransız dillərində işləyən proqramın yükləndiyi telefonlarda 80 fərqli dini musiqi, ilahi, marş və şəkillər olacağı ifadə olundu.
NOKİAMAPS XƏRİTƏ XİDMƏTİ
Nokianın təqdim etdiyi Nokiamaps xəritə xidmətiylə başda Məkkə və Mədinə olmaq üzrə Orta şərqin fərqli ölkələrindəki ən böyük məscidin yerini tapa bilmək və bu yerlərə necə gedilə biləcəyi göstərmək mümkün olacaq. Bu ölkələrin içərisində BƏƏ, Misir, İordaniya və Pakistan var.
Bu proqramı N78, N70 Music Edition, E51, 3120 Classic, 6500 Slight, 6300, 2630 kimi modellərə yükləmək mümkündür. N73, N95, N95 8 GB, N82, E90, E71, 6210 Navigator, 6220 Classic modellərinin istifadəçiləri də bu proqramı ödənişsiz olaraq şirkətin internet saytından yükləyə biləcək.
PROQRAMLAR ÖDƏNİŞSİZDİR
Nokia şirkəti, Nokia istifadəçilərinə mobil telefonların təmin etdiyi bütün imkanlardan ödənişsiz olaraq faydalanmasını təmin etmək və mövcud proqramları inkişaf etdirməyə çalışır. Ramazan ayı üçün inkişaf etdirilən proqramlar, Nokianın bölgədəki strategiyasının bir parçasıdır…
www.elektron.az


