RABİTƏ VƏ TELEKOMMUNİKASİYA SAHƏSİNDƏ TARİFLƏRİN ARTIRILMASINA ZƏRURƏT YARANMIŞDIR

Rabitə və telekommunikasiya sektorunda tariflərin artırılmasına zərurət yaranmışdır...
Rabitə və telekommunikasiya sektorunda tariflərin artırılmasına zərurət yaranmışdır. Bu sahədə müəyyən qiymətlər maya dəyərinə uyğunlaşdırılmalıdır.
Bu barədə AzərTAc-a məlumat verən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirmişdir ki, hazırda tariflərdə dəyişiklik yoxdur. Lakin nazirlik 2008-ci ilin yekunlarını və 2009-cu ildə qarşıda duran vəzifələri nəzərə alaraq gələcəkdə təkliflər hazırlayacaq və Tarif Şurasına təqdim edəcəkdir. Ümumi vəziyyətdən asılı olaraq müəyyən sahələrdə artımlar, bəzi hallarda isə endirimlər olacaqdır.